Rusiyada Gürcüstan vətəndaşlarının olduğu avtobus aşıb

Region
  • 26 dekabr, 2019
  • 18:09
Rusiyada Gürcüstan vətəndaşlarının olduğu avtobus aşıb

Rusiyanın Lipetsk vilayətində Moskva-Tbilisi reysi üzrə hərəkət edən avtobus qəzaya düşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, nəqliyyat vasitəsi sürüşkən yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 2 sərnişin ölüb, daha 8 nəfər xəstəxanaya çatdırılıb. Digər sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Avtobusda 2-i sürücü olmaqla, ümumilikdə 19 nəfər olub. Onların hamısı Gürcüstan vətəndaşlarıdır.

44 filmi