Rusiyada FTX binasında baş verən partlayışda xəsarət alanların sayı artıb - YENİLƏNİB - FOTO
- 31 oktyabr, 2018
- 08:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk vilayət idarəsinin binasına girişdə baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Arxangelsk vilayətinin qubernatoru İqor Orlov bildirib.
"Hələlik naməlum olan partlayıcı qurğu işə düşüb. Üç yaralı xəstəxanadadır. Bir nəfər ölüb, onun şəxsiyyəti müəyyənləşdirilir. Cinayət binanın içərisində baş verib", - qubernator vurğulayıb.
O, hazırda hadisəyə qiymət verməyin erkən olduğunu bildirib: "İnsanların sıx toplaşdıqları yerlərdə təhlükəsizlik tədbirləri görülüb. Hazırda partlayıcı qurğunun növü müəyyənləşdirilir".
***10:50
Arxangelskdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk vilayəti idarəsinin binası yaxınlığında partlayış baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb.
Ölən şəxsin idarənin əməkdaşı olmadığı bildirilir.
Partlayışın səbəbi müəyyənləşdirilir.