Rusiyada etiraz aksiyalarının sayı artıb

Rusiyada etiraz aksiyalarının sayı artıb Etirazların əksəriyyəti siyasi xarakterli yox, əmək haqlarının ödənilməməsi kimi konkret problemlərlə bağlıdır
Region
1038
7 Noyabr , 2017 12:34
Rusiyada etiraz aksiyalarının sayı artıb
РИА Новости

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyada bu ilin əvvəlindən etibarən etiraz aksiyalarının sayı xeyli artıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu İqtisadi və Siyasi İslahatlar Mərkəzinin (İSİM) apardığı araşdırmanın nəticələri göstərir. Belə ki, bu ilin III rübündə Rusiyadakı ümumi etirazların sayı ilin əvvəli ilə müqayisədə təxminən 60% artıb.

İSİM bütün etirazları üç tipə ayırıb: sosial-iqtisadi məsələlər (payçıların tələbləri, sahibkarların narazılığı, tariflərin artması və s.), əmək etirazları (müəssisə əməkdaşlarının, o cümlədən əmək haqlarının ödənilməməsinə etirazları) və siyasi etirazlar (Aleksey Navalnının tərəfdarlarının aksiyaları da daxil olmaqla).

Qeyd edilir ki, etirazların əksəriyyəti siyasi xarakterli yox, əmək haqlarının ödənilməməsi, müəssisələrin bağlanması təhlükəsi və s. kimi konkret problemlərlə bağlıdır. İSİM-in hesablamalarına görə, ilin III rübündə etirazların təxminən 70%-ni sosial-iqtisadi məsələlərə aid aksiyalar təşkil edib. Belə aksiyaların sayı ölkədə 312 olub.

Ən çox etiraz aksiyaları III rübdə Rostov vilayətində, Krasnodar diyarında, Sverdlovsk və Novosibirsk vilayətlərində, eləcə də Moskvada qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi