Rusiyada bir gündə koronavirusdan 48 nəfər öldü

Rusiyada bir gündə koronavirusdan 48 nəfər öldü Rusiyada koronavirus qurbanlarının sayı 361 nəfərə çatıb.
Region
410
19 Aprel , 2020 12:27
Rusiyada bir gündə koronavirusdan 48 nəfər öldü

Rusiyada koronavirus qurbanlarının sayı 361 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Qeyd edilir ki, son bir gün ərzində koronavirusdan 48 pasiyent ölüb.

"Bütün dövr ərzində Rusiyada 3 291 nəfər sağalıb. Ölkə üzrə 361 nəfər öldü", - xəbərdə deyilir.

Ölkədə son gündə 6 060 nəfərdə yeni koronavirus aşkarlanıb. Bununla da COVID-19 infeksiyası daşıyıcılarının sayı 42 853 nəfərə çatıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi