Rusiyada avtobusla taksinin toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB - VİDEO

Rusiyada avtobusla taksinin toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB - VİDEO Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyanın Tver vilayətinin Kalinin rayonunda avtobusla taksi fəaliyyəti ilə məşğul olan avtomobilin toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Region
153
5 Oktyabr , 2018 10:07
Rusiyada avtobusla taksinin toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB - VİDEO

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyanın Tver vilayətinin Kalinin rayonunda avtobusla taksi fəaliyyəti ilə məşğul olan avtomobilin toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Tver vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti yayıb.

LİAZ markalı avtobus rayonun Nekrasov kəndində “Ford” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində 13 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 


*** 09:38

Rusiyanın Tver vilayətinin Kalinin rayonunda baş verən yol qəzası nəticəsində 11 nəfər ölüb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə rayonun Təcili Tibbi Xidməti məlumat yayıb. 

Hadisə marşrut avtobusu ilə taksinin toqquşması nəticəsində baş verib.

Qəza ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi