Martın 2-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Zaporojye şəhərindəki yaşayış binasını atəşə tutub. Dağıntılar altında sakinlər qalıb.
“Report” xəbər verir ki, bu barədə Zaporojye şəhər Şurasının katibi Anatoli Kurtev
İlkin məlumata görə, 2 nəfər həlak olub. Faciə yerində Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti, sosial müdafiə, polis və şəhər şurasının yardım məntəqələri quraşdırılıb.
Qeyd olunub ki, kommunal avtobuslar zərərçəkənləri təxliyə edir.