Rusiya vizasız ölkələrin miqrantları üçün yenilik edə bilər

Rusiya vizasız ölkələrin miqrantları üçün yenilik edə bilər "Ədalətli Rusiya" fraksiyası miqrantların məcburi şəkildə daktiloskopiyadan keçməsini təklif edir
Region
10 Noyabr , 2015 12:07
Rusiya vizasız ölkələrin miqrantları üçün yenilik edə bilər

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün "Ədalətli Rusiya" fraksiyası baxılması üçün Dövlət Dumasına qanun layihəsi təqdim edəcək. Layihəyə görə, vizasız ölkələrdən Rusiyaya gələn əcnəbilər məcburi şəkildə daktiloskopiyadan keçməlidir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə fraksiya rəhbərinin birinci müavini Mixail Yemelyanov jurnalistlərə açıqlamasında bildirib.

Bu cür addımların, o cümlədən terrorizmlə mübarizədə yardımçı olacağını bildirən müavin deyib: "Bu qanun layihəsi ölkəmizə vizasız gəlməyə icazə olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub. Bu cür fiziki şəxslər Rusiya Federasiyasına ayaq basan kimi məcburi şəkildə daktiloskopiyadan keçməlidir".

Son xəbərlər

Orphus sistemi