Rusiya vətəndaşları Tbilisidə Gürcüstana dəstək aksiyası keçirəcək

Rusiya vətəndaşları Tbilisidə Gürcüstana dəstək aksiyası keçirəcək Gürcüstanda yaşayan və səfərdə olan Rusiya vətəndaşları iyulun 9-da Tbilisidə aksiya keçirəcəklər.
Region
6 İyul , 2019 15:30
Rusiya vətəndaşları Tbilisidə Gürcüstana dəstək aksiyası keçirəcək

Gürcüstanda yaşayan və səfərdə olan Rusiya vətəndaşları iyulun 9-da Tbilisidə aksiya keçirəcəklər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə aksiya təşkilatçıları məlumat yayıb.

Aksiya Gürcüstan parlamentinin binası qarşısında “Mən Qavrilov deyiləm! Rusiyalılar vahid Gürcüstan naminə” şüarı altında baş tutacaq.

Təşkilatçılar bildiriblər ki, Gürcüstan dünyada ən təhlükəsiz və xeyirxah ölkədir.

Aksiyada Rusiya prezidenti Vladimir Putinin Gürcüstana qarşı siyasətinə etiraz ifadə olunacaq. 

Son xəbərlər

Orphus sistemi