Rusiya və Türkiyənin kəşfiyyat xidmətlərinin başçıları terrorla mübarizə məsələsini müzakirə ediblər
Region
- 14 may, 2018
- 12:45
Bakı. 14 may. REPORT.AZ/ Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru Hakan Fidan İstanbulda beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) Mətbuat bürosunun rəhbəri Sergey İvanov məlumat verib.
Onun sözlərinə görə, hər iki ölkənin kəşfiyyat xidmətlərinin başçıları beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyətlə, eləcə də Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bir sıra aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Son xəbərlər
01:46
Rusiyanın Ternopola endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 38-ə çatıb
Digər ölkələr01:20
Video
Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
Ədəbiyyat01:08
Tramp ABŞ fermerlərinə 12 milyard dollarlıq maliyyə yardımı ayrıldığını elan edib
Digər ölkələr00:49
Zelenski ilk dəfə Prezident Administrasiyasının rəhbəri vəzifəsinə namizədlərini açıqlayıb
Digər ölkələr00:23
Serbiya Avropa İttifaqının səhiyyə sisteminə qoşulub
Digər ölkələr00:16
Almaniyanın XİN rəhbəri Fransaya Çinə qarşı sanksiyaların nəticələri barədə xəbərdarlıq edib
Digər ölkələr23:52
Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alan var
Hadisə23:39
Uattara dördüncü müddətə Kot-d'İvuar Prezidenti vəzifəsinin icrasına başlayıb
Digər ölkələr23:20