Rusiya və Ermənistan XİN başçıları görüşüb

Rusiya və Ermənistan XİN başçıları görüşüb Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yeni Dehlidə keçirilən G20 Sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
Region
3 Mart , 2023 10:32
Rusiya və Ermənistan XİN başçıları görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda yazıb.

O bildirib ki, S.Lavrov Moskva və İrəvan arasında danışıqların istiqamətini müəyyənləşdirib.

“Sergey Lavrov Mirzoyanı qəbul edib və danışıqların istiqamətini müəyyənləşdirib”, - M.Zaxarova sosial şəbəkə hesabında yazıb.

Lakin XİN rəsmisi bu istiqamətlərin nədən ibarət olduğunu açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi