Rusiya və Ermənistan XİN başçıları demarkasiya ilə bağlı komissiyanın yaradılmasından danışıblar

Rusiya və Ermənistan XİN başçıları demarkasiya ilə bağlı komissiyanın yaradılmasından danışıblar Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Region
23 May , 2022 18:04
Rusiya və Ermənistan XİN başçıları demarkasiya ilə bağlı komissiyanın yaradılmasından danışıblar

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı “news.am” yayıb.

Bildirilib ki, nazirlər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın reallaşmasını müzakirə ediblər.

Tərəflər Azərbaycanla Ermənistan arasında demarkasiya üzrə komissiyanın yaradılmasını və sərhəddə təhlükəsizlik məsələlərini, eləcə də regionda iqtisadi əlaqələri, kommunikasiya məsələlərindən danışıblar.

Son xəbərlər

Orphus sistemi