​Rusiya Ukraynaya məxsus yük maşınlarının hərəkətinə qadağa qoyub

​Rusiya Ukraynaya məxsus yük maşınlarının hərəkətinə qadağa qoyub Nəqliyyat Nazirliyi bunu cavab tədbiri adlandırıb
Region
14 Fevral , 2016 21:38
​Rusiya Ukraynaya məxsus yük maşınlarının hərəkətinə qadağa qoyub

Bakı. 14 fevral. REPORT.AZ/ Rusiya hakimiyyəti Ukrayna qeydiyyatında olan böyük yük avtomobillərinin federasiya ərazisində hərəkətinin dayandırılmasına dair qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin saytında məlumat yerləşdirilib.

"Bu tədbir qarşı tərəfin Ukrayna ərazisində Rusiya yük maşınlarının qanunsuz olaraq əngəllənməsi ilə bağlı vəziyyət aradan qaldırılana qədər davam etdiriləcək", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, "bir qrup şəxs" fevralın 11-dən etibarən Ukrayna ərazisindən tranzit kimi istifadə edən Rusiya yük avtomobillərinin hərəkətinə qanunsuz olaraq mane olur. Nazirlik bəyan edir ki, Ukrayna yük maşınlarının hərəkətinin dayandırılması buna cavab tədbiridir.

İdarənin məlumatına görə, Ukraynanın müxtəlif vilayətlərində Rusiyaya məxsus yüzdən çox yük maşını dayandırılıb, 500-dən çox yük maşını isə Avropa İttifaqı ölkələrindən Rusiyaya gəlmək üçün Ukrayna ərazisinə daxil ola bilmir.

Son xəbərlər

Orphus sistemi