Rusiya-Ukrayna sərhədində atışma olub, bir nəfər yaralanıb
Region
- 23 oktyabr, 2017
- 11:39
Bakı. 23 oktyabr. REPORT.AZ/ Ukraynanın 31 yaşlı vətəndaşı ilə Rusiya sərhədçiləri arasında Kursk vilayəti ərazisində atışma olub.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyətlə əlaqələr mərkəzi yayıb.
“Federal Təhlükəsizlik Xidmətinin Kursk vilayəti üzrə Sərhəd idarəsinin əməkdaşları tərəfindən Ukraynadan Rusiyaya dövlət sərhədini qanunsuz yolla keçən 31 yaşlı Ukrayna vətəndaşı saxlanılıb”, - deyə məlumatda vurğulanıb.
Məlumata görə, sərhədi pozan şəxs saxlanılan zaman atəş açıb: “Atışma nəticəsində o, ağır yaralanıb”.
Saxlanılan şəxsdən iki tapança, 5 qumbara, 50 ədəd 5,45 mm çapında güllə, 26 ədəd ampula götürülüb. Ampulanın civə olduğu ehtimal edilir.
Son xəbərlər
16:50
Tramp: ABŞ Baydenin dövründə dünyanın gülüş hədəfi idi
Digər ölkələr16:49
Foto
Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub
Turizm16:46
Foto
Azərbaycan Cənubi Koreyanın dövlət maliyyəsinin rəqəmsal idarə olunması təcrübəsini öyrənir
Maliyyə16:45
Ərdoğan: Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı addım-addım irəli aparırıq
Region16:44
Türkiyə Prezidenti: Hörmüz ticarət gəmiləri üçün açıq olmalıdır
Digər16:41
Ərdoğan: Müharibələr regionu "barıt qoxusuna" çevirib
Region16:41
ABB-nin dəstəyi ilə ADA Universitetində "Karyera Həftəsi"
Elm və təhsil16:36
Ərdoğan: Dünya hansı istiqamətdə gedəcəyi ilə bağlı böhranla üz-üzədir
Region16:35