​Rusiya Türkiyə tərəvəzinə qoyduğu məhdudiyyəti aradan qaldıracaq

​Rusiya Türkiyə tərəvəzinə qoyduğu məhdudiyyəti aradan qaldıracaq Yuliya Melano: "Qadağanın götürülməsi texniki məsələdir və siyasətlə heç əlaqəsi yoxdur"
Region
29 İyun , 2016 17:04
​Rusiya Türkiyə tərəvəzinə qoyduğu məhdudiyyəti aradan qaldıracaq

Bakı. 29 iyun. REPORT.AZ/ "Təhlükəsizliyə təminat aldıqdan sonra Rusiya Kənd Təsərrüfatı Məhsullarına Dövlət Nəzarəti Xidməti Türkiyədən tədarük edilən tərəvəzlərə tətbiq etdiyi məhdudiyyətləri qaldıra bilər".

"Report" xəbər verir ki, bunu xidmətin mətbuat katibi Yuliya Melano "İnterfax"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, 2016-cı il yanvarın 1-də Rusiya hökumətinin tətbiq etdiyi qadağaya deyil, ancaq Rusiya Kənd Təsərrüfatı Məhsullarına Dövlət Nəzarəti Xidmətinin yasaqlarına aiddir: "Qadağanın götürülməsi texniki məsələdir və onun siyasətlə heç əlaqəsi yoxdur. Türkiyənin səlahiyyətli orqanları məhsulların təhlükəsizliyinə lazım olan təminatı verdikdən sonra tədarük mükün olacaq". 

Qeyd edək ki, xidmət bu il martın 17-dən bibərin və narın, aprelin 25-dən badımcanın, mayın 16-da kahının, mayın 19-dan isə balqabaq və kabakın Türkiyədən Rusiyaya tədarükünü qadağan edib.

Son xəbərlər

Orphus sistemi