Bakı. 24 fevral. REPORT.AZ/ Rusiyanın döyüş təyyarələrinin Suriyada müxalifətin nəzarəti altında olan xəstəxananı bombalaması nəticəsində 9 dinc sakin həyatını itirib, 23 nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Rusiya təyyarələri fevralın 24-də günortadan sonra Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsindəki Cılvəgözü sərhəd məntəqəsindən 35 km aralı Suriyanın Hələb əyalətinin əl-Eterip qəsəbəsindəki sağlamlıq mərkəzini bombalayıb.
Sakinlər bombalanmış binanın altında qalan yaralı və ölüləri çıxarıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

