Rusiya Prezidenti ilin yekunlarına dair illik mətbuat konfransı keçirir

Rusiya Prezidenti ilin yekunlarına dair illik mətbuat konfransı keçirir Peskov: "Bu dəfə iqtisadiyyat məsələləri və beynəlxalq problemlər ön plana çıxacaq"
Region
20 Dekabr , 2018 13:11
Rusiya Prezidenti ilin yekunlarına dair illik mətbuat konfransı keçirir

Bakı. 20 dekabr. REPORT.AZ/ Moskva Beynəlxalq Ticarət Mərkəzində Rusiya Prezidenti Vladimir Putinin ilin yekunları üzrə sayca 14-cü illik böyük mətbuat konfransı başlayıb.

"Repor" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu il tədbir üçün rekord sayda mətbuat nümayəndəsi - 1702 jurnalist akkreditasiyadan keçib. Ötən il Prezidentin mətbuat nümayəndələri ilə görüşü 1640 nəfəri bir araya toplamışdı.

Böyük mətbuat konfransına gələn xarici jurnalistlər üçün ingilis, alman və fransız dilinə sinxron tərcümə nəzərdə tutulub.

İndiyə qədər Putinin ən uzun mətbuat konfransı 4 saat 40 dəqiqə çəkib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, V.Putin üç gün mətbuat konfransına hazırlaşıb. Onun fikrincə, bu dəfə iqtisadiyyat məsələləri və beynəlxalq problemlər, o cümlədən Rusiya-ABŞ münasibətləri ön plana çıxacaq.

Son xəbərlər

Orphus sistemi