Rusiya polisinin 23 ildir axtardığı cinayətkar Ermənistanda yaxalanıb

Region
  • 30 avqust, 2022
  • 01:14
Rusiya polisinin 23 ildir axtardığı cinayətkar Ermənistanda yaxalanıb

Rusiya polisinin 23 ildir axtardığı cinayətkar Ermənistanda yaxalanıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Rostov vilayətində qətl törətməkdə şübhəli bilinərək 1999-cu ildən bu ölkədə axtarışda olan 51 yaşlı Baqrat N.-i həbs edib

Ermənistan Polisinin mətbuat xidmətinin məlumatına görə, həmin şəxs Mehridəki keçid məntəqəsində saxlanılıb.

O, polisə aparılıb, sonra həbs edilib.