Rusiya polisi müxalifətçi Aleksey Navalnını evinin qarşısında saxlayıb

Rusiya polisi müxalifətçi Aleksey Navalnını evinin qarşısında saxlayıb Onun tərəfdarları axşam Nijni Novqorodda hökumət orqanları ilə razılaşdırılmamış etiraz aksiyası keçirməyi planlaşdırır
Region
29 Sentyabr , 2017 12:34
Rusiya polisi müxalifətçi Aleksey Navalnını evinin qarşısında saxlayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya müxalifətinin lideri Aleksey Navalnı Moskvada evinin qarşısında polis tərəfindən saxlanılıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun özü "Instagram" səhifəsində yazıb.

"Vağzala getmək üçün evdən çıxan zaman məni girişdə saxladılar. Hadisə kinolarda olduğu kimi baş verdi: maşın gəldi, onun içindən polislər düşdü. Deyəsən, DİN-in "Danilovski" bölməsinə aparırlar", - müxalifətçi bildirib.

Qeyd edək ki, bu gün axşam A.Navalnının tərəfdarları Nijni Novqorodda hökumət orqanları ilə razılaşdırılmamış etiraz aksiyası keçirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi