Rusiya ordusu Ukraynanın Xerson vilayətini atəşə tutub.
“Report” xəbər verir ki, bunu Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.
Onun sözlərinə görə, əraziyə 76 dəfə hücum olub, həmçinin əraziyə 33 mərmi atılıb.
Nəticədə 2 sakin həlak olub, 3 mülki şəxs yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.