Rusiya hərbçiləri Ukraynanın Nikolayev şəhərinə 3 istiqamətdə iri miqyaslı hücuma keçib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya hərbçiləri şəhərə əsasən Xerson şəhəri tərəfdən, Nikolayev aeroportu istiqamətində hücuma başlayıblar.
Rusiya ordusuna məxsus digər hərbi qrup Krovoqrad şəhəri istiqamətində, başqa qrup isə Baştanka adlanan ərazi istiqamətində hücuma keçib. Şəhər mühasirəyə alınıb. Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya hərbçilərinə qarşı ciddi müqavimət göstərır.