Rusiya hesabı dondurulmuş əcnəbiləri öz ərazisinə buraxmayacaq

Rusiya hesabı dondurulmuş əcnəbiləri öz ərazisinə buraxmayacaq Bu, hesabları məhkəmədən kənar qaydada dondurulmuş şəxslərə şamil ediləcək
Region
20 Dekabr , 2017 04:43
Rusiya hesabı dondurulmuş əcnəbiləri öz ərazisinə buraxmayacaq

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya tezliklə öz sərhədlərini məhkəmədən kənar qaydada hesabları dondurulmuş şəxslərin üzünə bağlayacaq.

“Report” xəbər verir ki, bu, cinayət yolu ilə əldə olunmuş gəlirlərin qanuniləşdirilməsi və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə idarələrarası komissiyanın iclasında məlumat olub.

Rusiyada terrorçuların və bu kimi fəaliyyətlərdə şubhəli bilinən şəxslərin hesabların məhkəmədən kənar dondurulması 2016-cı ildən tətbiq edilir. Bu gün idarələrarası komissiya qanunazidd əməllərdə iştirak edən şəxslərin pulunu və başqa əmlakını əngəlləyə bilər.

Son xəbərlər

Orphus sistemi