Rusiya-Gürcüstan danışıqları dayandırılıb

Rusiya-Gürcüstan danışıqları dayandırılıb Rusiya və Gürcüstan arasında Cenevrə danışıqları BMT, ATƏT və Avropa İttifaqının təşəbbüsü ilə fasiləyə qoyulub.
Region
183
25 Aprel , 2022 11:24
Rusiya-Gürcüstan danışıqları dayandırılıb

Rusiya və Gürcüstan arasında Cenevrə danışıqları BMT, ATƏT və Avropa İttifaqının təşəbbüsü ilə fasiləyə qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə 4-cü Departamentin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində bildirib.

“Bu, bizim seçimimiz deyil, təşəbbüs həmsədrlər üçlüyünə məxsusdur. Həmsədrlər danışıqların 56-cı raundunu qeyri-müəyyən vaxta qədər təxirə salıb”, - o deyib.

D.Qonçar qeyd edib ki, BMT, ATƏT və Aİ müzakirələri “girov”götürüb. XİN rəsmisinin fikrincə, formatın işinin dayandırılması Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etmir.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında beynəlxalq Cenevrə danışıqları BMT, ATƏT və Aİ-nin vasitəçiliyi ilə 2008-ci ilin oktyabr ayından aparılır. Bu danışıqlar Gürcüstan və Rusiya arasında gücün tətbiq edilməməsi üzrə öhdəliklər, beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılması və məcburi köçkünlərin evlərinə dönməsi ilə bağlı məsələlərin müzakirə olunduğu yeganə formatdır.

Son xəbərlər

Orphus sistemi