Rusiya FTX Ust-Luqa limanında terror aktının qarşısını alıb
Region
- 25 may, 2026
- 14:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Leninqrad vilayətinin Ust-Luqa limanında Belçikadan gələn qaz tankerində terror aktının qarşısını alıblar.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
Vurğulanıb ki, minalanmış "Arrhenius" gəmisi Belçikadan mayın 20-də gəlib çatıb və Ust-Luqada dayandıqdan sonra Türkiyənin Samsun limanına yola düşməli idi. Tankerin sualtı hissəsinin yoxlanılması zamanı partlayıcı qurğular aşkar edilib.
Müstəntiqlər hesab edir ki, onlar NATO ölkələrindən birində sənaye istehsalı məmulatlarından istifadə edilməklə hazırlanıb. Hər bir qurğudakı plastik partlayıcı maddənin kütləsi təxminən 7 kq olub.
Son xəbərlər
22:20
Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib
Digər ölkələr
22:14
Fransa soyuduculara kiberhücumların arxasında İranın dayandığını açıqlayıb
Digər ölkələr
21:55
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Ekologiya
21:41
Foto
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
Fərdi
21:39
Merts Aİ-nin növbəti büdcəsini bloklamaqla hədələyib
Digər ölkələr
21:36
Aİ Ukraynaya hərbi yardım missiyasının mandatını 2028-ci ilədək uzadıb
Digər ölkələr
21:24
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
Fərdi
21:02
İran Dohada ABŞ ilə görüş keçiriləcəyi barədə məlumatı təkzib edib - Yenilənib
Digər ölkələr
20:58
Türkiyə Prezidenti: Qabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb
Region