Rusiya FTX: Terror aktları həyata keçirməyə hazırlaşan mərkəzi asiyalılar zərərsizləşdiriliblər

Rusiya FTX: Terror aktları həyata keçirməyə hazırlaşan mərkəzi asiyalılar zərərsizləşdiriliblər Əməliyyat-axtarış tədbirləri aparılan məkanda partlayıcı qurğu hazırlanması üçün istifadə edilən komponentlər aşkar olunub
Region
19 Aprel , 2017 15:58
Rusiya FTX: Terror aktları həyata keçirməyə hazırlaşan mərkəzi asiyalılar zərərsizləşdiriliblər

Bakı. 19 aprel. REPORT.AZ/ Rusiyanın Vladimir vilayətində ölkə ərazisində terror aktları törətməyi planlaşdıran və beynəlxalq terror təşkilatlarına üzv qəbulu ilə məşğul olanlarla əlaqəli olan 2 mərkəzi asiyalı zərərsizləşdirilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-dən məlumat verilib.

Bildirilib ki, saxlanılma prosesi zamanı onlar hüquq-mühafizə orqanları əməkdaşlarına ciddi silahlı müqavimət göstərib. Amma polis Mərkəzi Asiya regionu ölkələrindən birinin vətəndaşları olan 1991 və 1987-ci il doğumlu şəxsləri zərərsizləşdirib.

Onların əldəqayırma partlayıcı qurğu düzəltmək texnologiyasına maraq göstərdiyi bildirilib.

Əməliyyat-axtarış tədbirləri aparılan məkanda partlayıcı qurğu hazırlanması üçün istifadə edilən komponentlər, "AK-74" avtomatı, PM tapançası və sursat aşkar olunub.

Son xəbərlər

Orphus sistemi