Rusiya Ermənistana yeni səfir təyin edib

Rusiya Ermənistana yeni səfir təyin edib Vladimir Putin sərəncam imzalayıb
Region
6 Aprel , 2018 16:07
Rusiya Ermənistana yeni səfir təyin edib

Bakı. 6 aprel. REPORT.AZ/ Sergey Kopırkin Rusiyanın Ermənistana yeni səfiri təyin edilib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

V.Putinin digər sərəncamı ilə İvan Volınkin Rusiyanın Ermənistandakı səfiri vəzifəsindən geri çağırılıb. 

Qeyd edək ki, Rusiyanın Ermənistandakı yeni səfiri Sergey Pavloviç Kopırkin 1962-ci il dekabrın 14-də anadan olub. Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsinin müavini vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi