Rusiya Baş Prokurorluğu AİHM-in qətnaməsi əsasında 4,6 milyon avro təzminat ödəyib

Rusiya Baş Prokurorluğu AİHM-in qətnaməsi əsasında 4,6 milyon avro təzminat ödəyib Rusiya Baş Prokurorluğu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qətnaməsi əsasında 476 ərizəçiyə ümumilikdə 4,6 milyon avro təzminat ödəyib.
Region
23 Yanvar , 2023 11:32
Rusiya Baş Prokurorluğu AİHM-in qətnaməsi əsasında 4,6 milyon avro təzminat ödəyib

Rusiya Baş Prokurorluğu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qətnaməsi əsasında 476 ərizəçiyə ümumilikdə 4,6 milyon avro təzminat ödəyib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru İqor Krasnov məlumat verib.

O deyib ki, bu qətnamə ötən il qüvvəyə minib.

Rusiyanın bir çox beynəlxalq təşkilatlardan çıxmasını, xüsusilə ekstradisiya prosedurunu şərh edən İqor Krasnov Baş Prokurorluğun digər ölkələrin səlahiyyətli orqanları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində tədbirləri davam etdirdiyini bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluq tərəfindən 2022-ci ildə ekstradisiya ilə bağlı göndərilmiş sorğuların sayı 2021-ci ildəki 379-dan 418-ə yüksəlib. Ekstradisiya ilə bağlı təmin edilmiş müraciətlərin sayı da artaraq 148-dən 178-ə çatıb.

Xatırladaq ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra, 2022-ci il martın 15-də Avropa Şurasından çıxarılıb.

Son xəbərlər

Orphus sistemi