Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Avropa İttifaqının sanksiyalarına cavab olaraq, Fransa Qvianasındakı Kuru kosmodromundan raket buraxılışlarının təşkilində avropalı tərəfdaşlarla əməkdaşlığı dayandırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Roskosmos”un baş direktoru Dmitri Roqozin bildirib.
“Aİ-nin müəssisələrimizə qarşı sanksiyalarına cavab olaraq, “Roskosmos” Kuru kosmik mərkəzindən buraxılışların təşkili üzrə avropalı tərəfdaşlarla əməkdaşlığı dayandırır və texniki heyətini Fransa Qvianasından geri çağırır”, - Roqozin teleqram kanalında yazıb.