Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcək
- 31 avqust, 2018
- 07:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 avqust. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Robert Koçaryan növbədənkənar parlament seçkilərində iştirak edəcək.
"Report" xəbər verir ki, bunu sabiq dövlət başçısı "Sputnik-Ermənistan"a müsahibəsində bildirib.
"Siyasətə qayıtdığımı elan etmişəmsə, buna uyğun olaraq, seçkilərə də qatılacağam", - R.Koçaryan deyib.
Onun sözlərinə görə, hazırkı mərhələdə onun siyasətdəki iştirakının formatını müzakirə etmək çox tezdir, çünki bunun üçün hələ kifayət qədər vaxt var: "Vəziyyət çox sürətlə inkişaf edir. Hesab edirəm ki, format məsələsini açıq saxlamaq lazımdır".
Sabiq prezident gələcək siyasi mübarizədə Respublika Partiyası və "Çiçəklənən Ermənistan" Partiyası ilə birlikdə hərəkət edəcəklərini istisna etməyib.