Robert Koçaryan istintaqa çağırılıb

Robert Koçaryan istintaqa çağırılıb Bakı. 3 iyul. REPORT.AZ/ Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsinə çağırılıb.
Region
3 İyul , 2018 17:30
Robert Koçaryan istintaqa çağırılıb
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Ermənistanın ikinci prezidenti Robert Koçaryan 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı Xüsusi İstintaq Komitəsinə çağırılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, həmin gün polis dinc etiraz aksiyası iştirakçılarına atəş açmışdı.

Bildirilib ki, 2008-ci il martın 1-də aksiya iştirakçıları Serj Sarqsyanın prezident seçilməsinə etiraz edirdilər. Yerevanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 etirazçı öldürülmüşdü.

Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan da 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı ittiham olunur.

Bir müdət əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan və Robert Koçaryan Gümrü şəhərinin “Fəxri sakinləri” adından məhrum ediliblər. 

Son xəbərlər

Orphus sistemi