RF Şurasının sədri İrana gedəcək

RF Şurasının sədri İrana gedəcək O, İslam Respublikasının prezidenti ilə də görüşəcək
Region
5 Noyabr , 2016 13:42
RF Şurasının sədri İrana gedəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko noyabrın 13-də İrana səfər edəcək.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, səfər iki gün sürəcək.

İnformasiyaya əsasən, şuranın sədri İran prezidenti Həsən Ruhani, ölkə parlamentinin sədri Əli Laricani və xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşəcəyi planlaşdırılıb.

Xəbərə görə, görüşdə ikitərəfli əməkdaşlığa və bölgədə baş verənlərə dair məsələlərin müzakirə olunacağı gözlənilir.

Valentina Matvienkonu İrana Əli Laricani dəvət edib. 

Son xəbərlər

Orphus sistemi