Quterriş BMT-nin Türkmənistanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib

Quterriş BMT-nin Türkmənistanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkmənistanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
Region
6 İyul , 2024 08:48
Quterriş BMT-nin Türkmənistanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkmənistanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

“Report” Türkmənistanın rusdilli rəsmi qəzeti olan “Neytralnı Turkmenistan”a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterriş Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla söhbəti zamanı deyib.

Qəzet bildirib ki, Quterriş Berdiməhəmmədovun son illərdə yeni keyfiyyət və məzmun kəsb edən ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə böyük şəxsi töhfəsini qeyd edib. Öz növbəsində Xalq Məsləhətinin rəhbəri beynəlxalq təşkilatlar və BMT-nin struktur bölmələri ilə əlaqələrin səmərəliliyi barədə məlumat verib və Türkmənistan tərəfinin qarşılıqlı anlaşma mühitinin yaradılması və saxlanmasına yönəlmiş təşəbbüslərini dəstəklədiyinə görə baş katibə minnətdarlığını bildirib.

Quterriş Mərkəzi Asiya turnesi çərçivəsində Türkmənistanda səfərdədir. Bundan əvvəl o, Qazaxıstanda olub, burada ŞƏT sammitində iştirak edib, Özbəkistan və Tacikistanda olub.

Qeyd edək ki, Türkmənistan 1992-ci ildə BMT-nin tamhüquqlu üzvü olub. 1995-ci ildə 185 dövlətin konsensusu ilə ona neytral status verilib. 2015-ci il iyunun 3-də BMT Baş Assambleyasının 69-cu sessiyasında 193 dövlətin dəstəyi ilə ikinci dəfə “Türkmənistanın daimi neytrallığı” adlı qətnamə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi