Qumda konsertə görə iki məmur işdən qovulub, məhkəmə araşdırması aparılır

Qumda konsertə görə iki məmur işdən qovulub, məhkəmə araşdırması aparılır Gənc müğənni Pərəstu Əhmədi İranın Qum şəhərindəki Dair-e-Qəçin karvansarasında hakimiyyətin məcburi hicab qaydalarına əməl etmədən konsert verdiyi üçün əlaqədar şəxslər cəzalandırılır.
Region
26 Dekabr , 2024 10:50
Qumda konsertə görə iki məmur işdən qovulub, məhkəmə araşdırması aparılır

Gənc müğənni Pərəstu Əhmədi İranın Qum şəhərindəki Dair-e-Qəçin karvansarasında hakimiyyətin məcburi hicab qaydalarına əməl etmədən konsert verdiyi üçün əlaqədar şəxslər cəzalandırılır.

“Report” xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Bildirilib ki, karvansaraya həbs qoyulub, müəssisənin rəhbərliyi məhkəməyə verilib. Eyni zamanda İran mədəni irsi qurumunun Qum bölməsinin iki əməkdaşı işdən çıxarılıb.

İranın mədəni irs və turizm naziri Rza Salehi Əmiri deyib:

“Biz Mədəni İrs və Turizm Baş direktoru, Qum əyalətinin Tarixi Abidələrin Bərpası Fondunun direktorunu səhlənkarlığa görə işdən çıxardıq. “Dair-e-Qəçin karvansarası və onun müdiri istismar qaydalarını pozduqları üçün Qum əyalət məhkəməsinə çıxarılıb”.

Qeyd edək ki, İranın dini-ideoloji mərkəzi Qumda yerləşir.

Son xəbərlər

Orphus sistemi