Qubernator Marneulidəki etirazları siyasi aksiya adlandırdı

Region
  • 22 aprel, 2020
  • 12:52
Qubernator Marneulidəki etirazları siyasi aksiya adlandırdı
Şota Rexviaşvili

Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili Marneulidə karantin rejiminin ləğvi tələbi ilə avtomobil yolunu bağlayan etirazçılarla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, o, aksiyanı planlaşdırılmış siyasi mitinq adlandırıb.

Qubernator bildirib ki, siyasi qüvvələr koronavirusun yayılmasının qarşısını almaq üçün insanların kütləvi toplaşmasını təşkil etməməlidirlər: “Biz Marneulidə xəstəliyin qarşısını almışıq. Lakin, təəssüflər olsun ki, bəzi qüvvələr ölkədə vəziyyətin pis olmasını istəyirlər”.

Aksiya iştirakçıları Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə ünvanlanan “Mişa, Mişa!” şüarını səsləndiriblər. Ş.Rexviaşvili bu sözlərə “Qoyun, Mişanı daha 50 il gözləsinlər” deyə münasibət bildirib.