Qırğız Respublikasının əmək naziri qanun pozuntularına görə tutduğu vəzifədən azad edilib

Qırğız Respublikasının əmək naziri qanun pozuntularına görə tutduğu vəzifədən azad edilib Bakı. 11 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının əmək naziri Taalaykul İsakunova qanun pozuntularına görə tutduğu vəzifədən azad edilib.
Region
11 Oktyabr , 2018 14:43
Qırğız Respublikasının əmək naziri qanun pozuntularına görə tutduğu vəzifədən azad edilib
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının əmək naziri Taalaykul İsakunova qanun pozuntularına görə tutduğu vəzifədən azad edilib.

“Report” “RBK”ya istinadən xəbər verir ki, onun istefası ilə bağlı respublika Prezidenti Sooronbay Jeenbekov uyğun sərəncam imzlayıb.

Bildirilib ki, ölkənin Baş Prokurorluğu onun fəaliyyətində və xarici səfərləri zamanı bir sıra qanun pozuntuları aşkar edib. Məlumata əsasən, keçmiş nazir iki il ərzində dövlət hesabına 26 xarici ölkədə səfərdə olub. O, 2017-ci ilin payızında məzuniyyət vaxtı ABŞ və Argentinaya səfər edərək, diplomatik pasportdan istifadə edib. Bu zaman Taalaykul İsakunova Baş nazirdən icazə almayıb. Xarici səfərlə bağlı onun müavinlərinin də qanun pozuntularına yol verdikləri aşkarlanıb. Baş Prokurorluq müəyyən edib ki, onun müavini Zuurakan Kadeonova diplomatik pasportdan şəxsi məqsədi üçün istifadə edib.

Bu il sentyabrın sonunda Kadenovanı sərxoş vəziyyətdə dava-dalaş saldığı üçün Seulda uçan təyyarədən düşürüblər. O, növbəti gün isə tutduğu vəzifədən azad edilib.

Son xəbərlər

Orphus sistemi