Qazaxıstanın yeni prezidenti səfər edəcəyi ilk ölkənin adını açıqlayıb

Qazaxıstanın yeni prezidenti səfər edəcəyi ilk ölkənin adını açıqlayıb Qazaxıstanda keçirilmiş prezident seçkisində qalib gələn Kasım-Jomart Tokayev seçkilərdən sonra ilk səfərini Qırğız Respublikasına edəcəyini açıqlayıb.
Region
10 İyun , 2019 17:05
Qazaxıstanın yeni prezidenti səfər edəcəyi ilk ölkənin adını açıqlayıb

Qazaxıstanda keçirilmiş prezident seçkisində qalib gələn Kasım-Jomart Tokayev seçkilərdən sonra ilk səfərini Qırğız Respublikasına edəcəyini açıqlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Prezident seçildikdən sonra ilk hansı ölkəyə səfər edəcəyi ilə bağlı sualı cavablandıran Tokayev əvvəlcə Bişkekə gedərək iyunun 14-də keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılacağını bildirib.

Onun sözlərinə görə, Qırğız Respublikasından sonra Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirlərinə dair İclasda (CICA) iştirak etməyi planlaşdırır.

Tokayev qeyd edib ki, ilk növbədə, Qazaxıstanın Rusiya, Çin və Mərkəzi Asiya ölkələri kimi qonşu ölkələrlə əlaqələrinin və əməkdaşlığının inkişafına diqqət yetirəcək.

Son xəbərlər

Orphus sistemi