Qazaxıstanın Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı işdən çıxarılıb

Region
  • 03 oktyabr, 2017
  • 08:16
Qazaxıstanın Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı işdən çıxarılıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Qazaxıstan ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Ormanbetov Nurlan Skenoviç işdən çıxarılıb.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, ölkə Prezidenti Nursulatn Nazarbayev onun vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Nurlan Karbenov Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı təyin olunub.