Qazaxıstanda Xəzər dənizi sahilində güclü yanğın baş verib

Qazaxıstanda Xəzər dənizi sahilində güclü yanğın baş verib Güclü külək alovun sürətlə yayılmasına səbəb olur
Region
9 Aprel , 2018 17:59
Qazaxıstanda Xəzər dənizi sahilində güclü yanğın baş verib
Sputnik

Bakı. 9 aprel. REPORT.AZ/ Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən "Ak Jayık" təbiət qoruğunun ərazisində güclü yanğın baş verib.

"Report" "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

İlkin məlumatlara görə, qamış sahəsi yanır, yanğın, təxminən, beş hektar sahəni əhatə edir.

Hazırda yanğının söndürülməsi məqsədilə Fövqəladə Hallar Komitəsinin aviasiyası cəlb edilib.

Qoruğun direktoru Arman Kurmanbayev qeyd edib ki, güclü külək alovun sürətlə yayılmasına səbəb olur.

Son xəbərlər

Orphus sistemi