Qazaxıstanda “AN-2” təyyarəsi qəzaya uğrayıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Region
  • 20 iyun, 2019
  • 06:06
Qazaxıstanda “AN-2” təyyarəsi qəzaya uğrayıb, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Qazaxıstanın Akmola vilayətində “AN-2” təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb, uçuş heyətinin 2 üzvü isə yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitənin nümayəndəsi Nursultan Nuraxmetov bildirib.

Onun sözlərinə görə, hadisə iyunun 20-də səhər saatlarında Akmola vilayəti Selinoqrad rayonunun Rodina kəndinin 10 km-liyində baş verib.

Yaralılar hospitala yerləşdiriliblər.