Qazaxıstanın Jambil vilayətində sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər ölüb.
“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Jambil vilayətin Polis İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sərnişin qatarı “Audi” markalı minik avtomobili ilə toqquşub. Ölən şəxslərin hamısı qəza vaxtı avtomobildə olub. Qəza ilə bağlı cinayət işi açılıb.