Qazaxıstanda daha 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, yeni yoluxmaların 3-ü Atırau vilayətində qeydə alınıb.
Beləliklə, Mərkəzi Asiya ölkəsində qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 764-ə çatıb. Bunlarda 55 nəfər virusdan sağalsa da, 7 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 523 000-i ötüb. Bunların 332 800 nəfəri sağalıb, 88 942 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.