Qazaxıstanda koronavirusa yoluxanların sayı 5,5 min nəfərə çatır

Qazaxıstanda koronavirusa yoluxanların sayı 5,5 min nəfərə çatır Qazaxıstanda son sutka ərzində 138 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
Region
13 May , 2020 09:41
Qazaxıstanda koronavirusa yoluxanların sayı 5,5 min nəfərə çatır
0 : 00
0 : 00

Qazaxıstanda son sutka ərzində 138 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qazaxıstanda toplam 5 417 hadisə qeydə alınıb.

Qeyd olunub ki, Qazaxıstanda 2,2 mindən çox insan sağalıb, 32 nəfər COVID-19 qurbanı olub.

Orphus sistemi