Qazaxıstanda bir gündə 12 minə yaxın yoluxma halı qeydə alınıb

Qazaxıstanda bir gündə 12 minə yaxın yoluxma halı qeydə alınıb Ötən gün Qazaxıstanda 11 753 nəfərdə koronavirus aşkarlanıb
Region
29 Yanvar , 2022 06:52
Qazaxıstanda bir gündə 12 minə yaxın yoluxma halı qeydə alınıb

Ötən gün Qazaxıstanda 11 753 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Kazinform” agentliyi məlumat yayıb.

Bildirilib ki, yoluxma hallarının əksəriyyəti Almatı (2 253) və paytaxt Nur-Sultanın (1 930) payına düşüb. Eyni dövr ərzində 12 533 nəfər xəstəlikdən sağalıb.

Beləliklə, Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 1 216 522-yə, sağalanların sayı isə 1 045 172-yə yüksəlib.

Xatırladaq ki, yanvarın 28-nə olan məlumata əsasən, Qazaxıstanda 12 558 yoluxma, 17 ölüm halı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi