Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdıracaq

Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdıracaq Qazaxıstan və Türkiyə dövlətlərarası ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir.
Region
12 Oktyabr , 2022 16:17
Qazaxıstan və Türkiyə ticarət dövriyyəsini 10 milyard dollara çatdıracaq

Qazaxıstan və Türkiyə dövlətlərarası ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə məhdud tərkibdə danışıqlardan sonra deyib.

"Məqsədimiz ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaqdır. Türkiyə son 15 ildə Qazaxıstana 4,35 milyard dollar sərmayə qoyub. Ölkəmiz isə Türkiyəyə 1,13 milyard dollar sərmayə qoyulub. Türkiyə Qazaxıstanın ən böyük 10 investorundan biridir", - o bildirib.

Tokayev həmçinin Türkiyəni Transxəzər dəhlizinin inkişafında iştirak etməyə çağırıb.

"Tranzit marşrutu ümumi ikitərəfli ticarət potensialının artırılmasında mühüm rol oynayır. Biz nəqliyyat xərclərini və çatdırılma müddətini azaltmaq üçün Transxəzər dəhlizinin inkişaf etdirilməsinə çağırırıq”, - dövlət başçısı vurğulayıb.

Qazaxıstan Prezidenti Transxəzər dəhlizi məsələsinin bu il Bakıda müzakirə olunduğunu xatırladıb və növbəti görüşü Aktauda keçirməyi təklif edib.

Son xəbərlər

Orphus sistemi