Bakı. 13 yanvar. REPORT.AZ/ Qazaxıstan parlamentinin aşağı palatasının - məclisin deputatları ölkə prezidenti Nursultan Nazarbayevə palatanın dərhal buraxılmasıyla bağlı müraciət edib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hər üç parlament fraksiyasının nümayəndələri bu təşəbbüsü irəli sürüb.
Deputat Vladislav Kosarev bildirib ki, indi cəld və təxirəsalınmaz addımlar zamanıdır. Onun sözlərinə görə, islahatlar və antiböhran tədbirlərinin operativ həyata keçirilməsi üçün hazırkı məclisinin səlahiyyətlərinə xitam verilməsindən sonra yeni seçkilər keçirmək lazımdır.
Bundan əlavə, o, eyni zamanda yerli özünü idarəetmə orqanlarına da seçkilərin keçirilməsinin zəruriliyini qeyd edib.
Qeyd edək ki, 2012-ci ildən çağırılan məclisin səlahiyyət müddəti 2016-cı ilin payızında başa çatacaq.