Qazaxıstan XİN erməniəsilli rusiyalı teleaparıcını arzuedilməz şəxs elan edəcək

Qazaxıstan XİN erməniəsilli rusiyalı teleaparıcını arzuedilməz şəxs elan edəcək Qazaxıstanın Xarici İşlər Nazirliyi erməniəsilli rusiyalı teleaparıcı Tiqran Keosayanı “arzuedilməz şəxslər” (“persona non qrata”) siyahısına daxil edib.
Region
158
5 May , 2022 13:13
Qazaxıstan XİN erməniəsilli rusiyalı teleaparıcını arzuedilməz şəxs elan edəcək

Qazaxıstan Xarici İşlər Nazirliyi erməniəsilli rusiyalı teleaparıcı Tiqran Keosayanı “arzuedilməz şəxslər” (“persona non qrata”) siyahısına salmaq üçün hüquqi prosesə başlayıb.

“Report” “Tengrinews.kz”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat katibi Aybek Smadiyarov bildirib.

“Elə həmin gün biz Keosayanın ölkəmizə girişi “arzuedilməz şəxslər” siyahısına daxil edilməsi prosesinə start verdik. Biz diplomatik praktikada bəzən bunu tətbiq edirik”, - o vurğulayıb.

Qeyd edək ki, Tiqran Keosayan özünün yutub kanalında Qazaxıstan hakimiyyətinin Rusiya-Ukrayna münasibəti və mayın 9-da ölkədə paradın keçirilməyəcəyi ilə bağlı qərarlarını ələ salaraq bildirib: “Qardaş ölkələr Rusiya ilə ABŞ və NATO qarşıdurmasında tutacaqları tərəfi müəyyənləşdirməlidir. Rusiya kimin onunla, bir yerdə olub-olmadığını diqqətlə izləyir”.

Keosayan həm də Marqarita Simonyanın əridir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandırdıqları üçün onlara Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Avstraliya sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi