Qaribaşvili: “Türkiyə şübhəsiz bölgədə çox vacib oyunçudur”

Qaribaşvili: “Türkiyə şübhəsiz bölgədə çox vacib oyunçudur” “Şübhəsiz ki, Türkiyə bölgədə çox vacib oyunçudur. Türkiyə ilə çox yaxın, dost və qardaş münasibətlərimiz var”.
Region
28 Dekabr , 2021 00:35
Qaribaşvili: “Türkiyə şübhəsiz bölgədə çox vacib oyunçudur”
İrakli Qaribaşvili

“Şübhəsiz ki, Türkiyə bölgədə çox vacib oyunçudur. Türkiyə ilə çox yaxın, dost və qardaş münasibətlərimiz var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində yayımlanan “Üz-üzə” proqramında deyib.

Türkiyəni Gürcüstanın strateji tərəfdaşı adlandıran İ.Qaribaşvili bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən də danışıb: “Bizim həm birbaşa, həm də telefonla çoxlu görüşlərimiz və söhbətlərimiz olub. Münasibətlərimiz səmimidir”.

Baş nazir qeyd edib ki, Gürcüstan-Türkiyə münasibətləri qorunub saxlanılmalı, möhkəmləndirilməli və dərinləşdirilməlidir: “Mən bu istiqamətdə əlimdən gələn hər şeyi edirəm və şadam ki, Türkiyə prezidenti də eyni əhvaldadır”.

Hökumət başçısı deyib ki, regionda vasitəçilik olmadan ticari-iqtisadi münasibətləri inkişaf etdirmək, energetika layihələrini reallaşdırmaq mümkün deyil: “Bu istiqamətdə bizim çoxlu ambisiyalı planlarımız var. Hesab edirəm ki, bu gün bu münasibətləri möhkəmləndirmək üçün çox yaxşı şans mövcuddur”.

Son xəbərlər

Orphus sistemi