Qardabanidə COVID-19-a yoluxanların sayı artıb

Qardabanidə COVID-19-a yoluxanların sayı artıb Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqlarıQardabanirayonunda koronavirusa yoluxanların sayı 63-ə çatıb.
Region
3 Avqust , 2020 10:05
Qardabanidə COVID-19-a yoluxanların sayı artıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda koronavirusa yoluxanların sayı 63-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, yoluxma hallarının 60%-i Qaracalar kəndində təsdiqlənib.

Rayonda əhali arasında kütləvi testləmə davam etdirilir. İndiyədək bələdiyyə üzrə 2 mindən çox insan COVID-19-la bağlı tibbi müayinədən keçirilib.

Qeyd edək ki, Qaracalar kəndi koronavirusun geniş yayılması riski ilə bağlı iyulun 24-dən təcrid olunub. 

Son xəbərlər

Orphus sistemi