Qara dənizdə daha bir ölkənin sahilində mina aşkarlanıb

Qara dənizdə daha bir ölkənin sahilində mina aşkarlanıb Rumıniyanın Qara dəniz akvatoriyasında mina aşkarlanıb.
Region
28 Mart , 2022 15:26
Qara dənizdə daha bir ölkənin sahilində mina aşkarlanıb

Rumıniyanın Qara dəniz akvatoriyasında mina aşkarlanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, minanı sahildən 70 km məsafədə balıqçılar aşkarlayaraq hərbi dəniz qüvvələrinə bildiriblər. Partlayıcı qurğu zərərsizləşdirilib.

Xatırladaq ki, daha öncə Türkiyədə - İstanbul boğazı və Qara dəniz sahilində mina müəyyən edilərək zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi