Gürcüstanın Almaniyadakı səfirliyinə yeni diplomatik elçi təyin edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu vəzifəyə Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın böyük oğlu Konstantin Qamsaxurdiya təyinat alıb.
Gürcüstan
XİN-dən qeyd olunub ki, K.Qamsaxurdiyanın Cenevrədə beynəlxalq təşkilatlarda iş təcrübəsi, Almaniya ilə əlaqələri var və buna görə də o, diplomatik elçi vəzifəsinə seçilib.