Putin: "Suriya ordusunun kimyəvi silah tətbiq etməsinə dair sübut yoxdur"

Putin: "Suriya ordusunun kimyəvi silah tətbiq etməsinə dair sübut yoxdur" "Amma beynəlxalq hüququn pozulması var. Bu, aşkar faktdır"
Region
12 Aprel , 2017 05:57
Putin: Suriya ordusunun kimyəvi silah tətbiq etməsinə dair sübut yoxdur

Bakı. 12 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib ki, Suriya ordusunun kimyəvi silah tətbiq etməsinə dair sübut yoxdur.

"Report" xəbər verir ki, bu barədə teleşirkətin məlumatında bildirilir.

Onun sözlərinə görə, NATO üzrə müttəfiqləri ABŞ-ın raket zərbəsini şərh edərkən, nə baş verdiyini təhlil etmədən, Çin kötükləri kimi baş yellədirlər.

"Hardadır Suriya qoşunlarının kiməyi silah tətbiq etməsinə dair sübut? Yoxdur. Amma beynəlxalq hüququn pozulması var. Bu, aşkar faktdır", - deyə Putin bildirib.

Ötən gün Rusiya prezidenti Suriyadakı kimyəvi silah məsələsini ABŞ-ın 2003-cü ildə eyni adla İraqa daxil olması ilə müqayisə edib.

Son xəbərlər

Orphus sistemi